Respublika Günü qeyd edilmişdir
Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin iclas zalında 28 May - Respublika Gününnə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Tədbiri açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov iştirakçıları bayram münasibətilə təbrik edərək şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tariximizdə şərəfli yer tutması barədə danışmişdır. Daha sonra Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının sədri Etibar Heydərov geniş məruzə ilə çıxış etmişdir. Gilgilçay qəsəbə tam orta məktəbin direktoru Samir Baxşıyev, Siyəzən şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Səadət Əsədullayeva çıxış edərək müasir dövlətimizin 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın dövlətçilik təməli üzərində Ulu öndər Heydər Əliyev tərəfindən yenidən yaradıldğını qeyd etmişlər. Bildirilmişdir ki, məhz Ümummilli lider Heydər Əliyevin dövlətçlik prinsipləri ilə idarə olunan ölkəmiz bu gün inkişaf edən dövlətlər sırasında ön yerləri tutur. Çıxış edənlər əmin olduqlarını bildirmişlər ki, bu prinsiplərə sadiq olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz öz sürətli inkişafını bundan sonra da davam etdirəcək, daha da qüdrətlənəcəkdir.