Yeni parkın açılışı olmuşdur
Bu gün Siyəzən şəhərinin H.Talıbov küçəsinin sakinləri üçün ikiqat bayramdır. Çünki onların yaşadığı küçədə xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum günündə yeni park və mini-futbol meydançasının açılşı olmuşdur. Yeni açılmış parkda yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi qurulmuşdur. Burada sakinlərin oturub istirahət etmələri üçün kölgəliklər, balaca sakinlər üçün isə əyləncə yerləri quraşdırılmışdır. Parkın açılışını bildirən lentin kəsilməsindən sonra sakinlər qarşısında çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov rayonda son dövrlərdə görülmüş geniş abadlıq və quruculuq işlərindən danışmış, bütün bu uğurların xalqımızın Ulu öndəri Heydər Əliyevin seçdiyi düzgün yol və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin zəhməti sayəsində əldə etdiyini bildirmişdir. Tədbirdə çıxış edən sakinlər belə gözəl istirahət parkının açılmasının Ümummilli liderin doğum günündə onlara ən gözəl hədiyyə olduğunu bildirmiş və bütün bunlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.