Şriftin ölçüsü :

Saytın rəngi :

Təqdimat keçirilmişdir

06 may 2014 | 15:00

May ayının 5-də Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbdə müasir Azərbaycanın qurucusu, Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar  ingilis dili müəllimləri və  şagirdlərin hazırladığı təqdimat keçirilmişdir.

Təqdimat Azərbaycan Respublikası Dövlət himninin Azərbaycan və ingilis dillərində ifası ilə başlandı. Məktəbin V-XI sinif şagirdlərii  dahi liderin həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə ingilis dilində çıxışlar etmişlər. Qeyd edilmişdir ki, hər bir azərbaycanlı, o cümlədən məktəblilər Ulu öndərin ölkəmizin tərəqqisinə həsr olunmuş irsini dərindən öyrənməli və bu irsin davamçısı olmağa çalışmalıdır. 

Məktəbin şagirdləri ingilis dilində böyük rəhbərə həsr olunmuş mahnı və şerlər söyləmiş, onun həyat və fəaliyyəti barədə hazırmış  slayda baxmışlar.

  

Tədbirin sonunda məktəbin direktoru Nəcməddin Mürvətov tədbir iştirakçılarına dahi liderin ölkə təhsilinin inkişafı naminə gördüyü böyük işlərdən danışmış, müəllim və şagirdlərə tədbirə görə öz minnətdarlığını bildirmişdir.

Keçidlər