Şriftin ölçüsü :

Saytın rəngi :

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilmişdir

07 noyabr 2025 | 12:22

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Siyəzən Gənclər Evi sosial xidmət müəssisəsində tədbir keçirilmişdir. Tədbir iştirakçıları Bayraq Muzeyi ilə tanış olmuşlar. Tədbirdə müasir Azərbaycanın bayrağının tarixi, dövlətçiliyimiz üçün əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Muzeydə, Azərbaycan bayrağının simvolik və tarixi mənası izah edilərək, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi yad edilmişdir.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Dövlət Bayrağı Gününün milli həmrəylik və vətənpərvərlik baxımından xüsusi əhəmiyyətini vurğulamışdır.

Keçidlər