Məktəblərin tikintisi davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə qayğısı ölkəmizin hər yerində olduğu kimi Siyəzən rayonunda da hər yerdə hiss olunmaqdadır. Ötən illərdə rayonumuzda bir neçə yeni məktəb binası tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühim işlər görülmüşdür. Belə ki, yalınız 2013-cü ildə Siyəzən şəhər 3 saylı 480, Sədan kəndində 180, Dağ Quşçu kəndində 80 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmiş, 4 saylı tam orta məktəb binasının dam örtüyü əsaslı təmir olunmuşdur. 35 yerlik 3 saylı körpələr evi-uşaq bağçasının binası yararsız vəziyyətdə olduğu üçün sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilərək istifadəyə verilmiş, 2 saylı körpələr evi-uşaq bağçasının əsas binasının dam örtüyü əsaslı təmir olunmuşdur.
Bu işlər cari ildə də davam etdirilməkdədir. Hazırda Beşdam kəndindəki Siyəzənkənd ümumi orta məktəbi üçün inşa edilən 80 şagird yerlik məktəb binasının tədris korpusunda tikinti-quraşdırma işləri yekunlaşmış, dam örtüyü vurulmuşdur. Binanın pəncərələri qoyulmuş, elektrik və istilik sistemləri quraşdırılmış, daxili suvaq işləri görülmüşdür. Döşəmə və rəngsaz işlərinə hazırlıq gedir. Məktəbin idman zalının dam örtüyü vurulmuş, hörgü işləri tamamlanmaq üzrədir. 2 ədəd su anbarınını tikintisi sona çatmış, qazanxanın tikintisi davam edir. Ətrafda abadlıq işlərinə başlanılmışdır.
Böyük Həmyə kəndində tikilən 220 şagird yerlik məktəb binasının birinci tədris korpusunda tikinti-quraşdırma işləri sona çatmışdlr. Korpusun pəncərələri qoyulmuş, elektrik və istilik sistemi quraşdırılmışdır. Suvaq işləri sona çatmaq üzrədir. Dam örtüyünün vurulmasına hazırlıq gedir. Digər korpusda birinci mərtəbənin tikinti quraşdırma işləri sona çatmış, elektrik, istilik sistemi və suvaq işləri görülür. İkinci mərtəbənin monolit dəmir-beton tavanının tökülməsinə hazırlıq işləri aparılılır. Binanın idman zalı, yeməkxana və akt zalından ibarət korpusunun idman zalı yerləşən hissəsində hər iki mərtəbədə hörgü və dəmir-beton işləri sona çatmaq üzrədir. Digər hissədə isə birinci mərtəbənin tikinti quraşdırma işləri görülmüş, ikinci mərtəbədə dəmir-beton monolit tavan tökülmüşdür. Qazanxana və nasosxana binalarının, həmçinin 2 ədəd su anbarının tikintisinə başlanılmışdır.
Hər iki məktəbin avqust ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulmuşdur. İşlərin müvafiq cədvələ uyğun görülməsi belə bir əminlik yaradır ki, Böyük Həmyə və Beşdam kəndlərində məktəblilər və pedoqji kollektiv növbəti dərs ilini yeni məktəb binalarında qarşılayacaqlar.