Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun Novruz bayramı münasibətilə rayon sakinlərinə təbriki

19 mart 2014 | 16:00

Hörmətli siyəzənlilər!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Artıq neçə illərdir ki, üzümüzə gələn hər Novruz ölkəmizin daha sürətli inkişafına şahidlik edir. İllər bir-birini əvəz etdikçə biz Azərbaycanımızın daha da çiçəkləndiyini, qüdrətləndiyini görürük.  Bütün bunlar isə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu düzgün siyasət və olun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin əməyi sayəsində  mümkün olmuşdur. Şübhəsiz ki, ölkəmizin hər yerində olduğu kimi siyəzənlilər də bu inkişafa öz tövhəsini vermiş və bunu davam etdirməkdədirlər. İnanırıq ki, cənab Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, Sizin yaxından köməkliyiniz sayəsində rayonumuz ölkənin ən abad və gözəl guşələrindən birinə çevriləcəkdir. Rayonumuzda gedən quruculuq işləri, böyük layihələrin icrası bundan sonra daha da sürətlə davam etdiriləcəkdir. Təhsil, səhiyyə, idman obyektləri, park və xiyabanlar, yaşıllıqlar salınacaq, sakinlərimizin həyat səviyyəsinin yaxşılaşdırılması üçün səylərimiz  artırılacaqdır.

Bir daha Sizi bu əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, hər bir evə, ailəyə bol sevinc və xoşbəxtlik arzulayıram.

Novruz bayramınız mübarək olsun!

Arif Qasımov

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı                               

Keçidlər