8 Noyabr – Zəfər Günü münasibətilə şəhid analarının iştirakı ilə dəyirmi masa ətrafında görüş keçirilmişdir
05 noyabr 2026 | 17:21
5 noyabr 2026-cı il tarixində Siyəzən Rayon Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid analarının iştirakı ilə dəyirmi masa ətrafında görüş keçirilmişdir. Görüş zamanı Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlığından və əziz xatirələrindən bəhs olunmuş, onların həyat və döyüş yolları ətrafında səmimi fikir mübadiləsi aparılmışdır. Şəhid anaları ilə çay süfrəsi ətrafında söhbətlər edilmiş, onların xatirələri və düşüncələri dinlənilmişdir.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!






