8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçılarının iştirakı ilə çay süfrəsi təşkil olunmuşdur
05 noyabr 2026 | 17:45
Bu gün Siyəzən şəhər 2 saylı tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçılarının iştirakı ilə çay süfrəsi təşkil olunub.
Səmimi söhbət və xoş ünsiyyət şəraitində keçən görüşdə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlıq ifadə olunub.
Qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü xalqımızın milli qürurunun, birliyinin və qəhrəmanlığının təcəssümüdür.






