8 Noyabr – Zəfər Günü münasibətilə bayram konserti təşkil olunmuşdur
08 noyabr 2025 | 17:48
Siyəzən rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə “Siyəzən Palace” şadlıq sarayında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram konserti təşkil olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik etmişdir. O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin Azərbaycan xalqının birliyi, Ordumuzun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi nəticəsində əldə olunduğunu vurğulamışdır.
Bayram tədbirində şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, müxtəlif sahələri təmsil edən vətəndaşlar, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Konsert proqramı çərçivəsində Respublikanın tanınmış incəsənət xadimləri və müğənniləri tərəfindən bayram münasibətilə mahnılar səsləndirilmişdir. Bununla yanaşı, rayonun yerli sənətçiləri tədbirə öz musiqi nömrələri ilə rəng qatmışdır.
Rayon Mədəniyyət Mərkəzinin rəqs qrupu tərəfindən təqdim olunan rəqs kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və bayram ab-havasını daha da zənginləşdirmişdir.






