Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

06 noyabr 2026 | 17:37

Bu gün Siyəzən şəhərinin cənub girişində, Qlobus abidəsinin ətrafında 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayon rəhbərliyi və aidiyyəti şəxslər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə yeni ağac tingləri əkilib, yaşıllıq zolağının genişləndirilməsi və ətraf mühitin mühafizəsi istiqamətində işlər görülüb. Qeyd edək ki, Zəfər Gününə həsr olunan bu təşəbbüs həm ətraf mühitin qorunmasına, həm də şəhərimizin daha gözəl və abad görkəm almasına töhfə verir.

Keçidlər