8 mart Qadınlar günü münasibəti ilə Siyəzən Rayon İcra Hakimiyyətində tədbir keçirildi
8 mart Qadınlar günü münasibəti ilə Siyəzən Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov giriş sözü ilə açıq elan etdi. Novruz Novruzov Tədbirə dəvət olunan Siyəzən rayonunun ictimai-siyasi və sosial həyatında qabaqcıl xanımların timsalında rayonumuzun bütün qadınlarını bayram münasibətilə təbrik etdi.
Daha sonra Məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Gülnar İlyasova bütövlükdə rayonumuzda uğurla həyata keçirilən gender siyasətindən və qadınlarımızın bütün sahələrdə əldə etdikləri uğurlardan söhbət açdı.
Daha sonra YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşıyev və Siyəzən Müalicə və Diaqnostika Mərkəzinin direktoru Dadaş Hümbətov xanımları bayram münasibətilə təbrik edib, uğurlar arzuladı.
Sonda 5 nəfər fəal qadın RİH-nin Fəxri fərmanı ilə təltif olundu.
Tədbirdə iştirak edən bütün xanımlara bayram münasibətilə qiymətli hədiyyələr təqdim olundu.