Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxaq qadınlar günü münasibəti ilə tədbir təşkil olunmuşdur

07 mart 2025 | 14:06
8 Mart - Beynəlxaq qadınlar günü münasibəti ilə 7 mart 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin akt zalında tədbir təşkil olunmuşdur. Rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fərqlənən və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailə üzvlərindən ibarət xanımların dəvət olunduğu tədbirə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun təbrik nitqi ilə başlanıldı.
Daha sonra Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Günel Ağayeva, YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Təhsil Sektorunun müdiri Elşad Sultanov və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Nəcməddin Mürvətov çıxış etdilər.
Çıxış edənlər qadınların həyatın müxtəlif sahələrində göstərdiyi mübarizlik və əzmkarlıqla cəmiyyətimizin inkişafına əvəzsiz töhfələr verdiyindən bəhs etdilər.
Tədbirdə iştirak edən bütün qadınlara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Sonda Siyəzən rayonunun ictimai həyatında fəal iştirak etdiklərinə görə bir sıra xanımlar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanlarla təltif edilmişlər.
Keçidlər