Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

07 mart 2024 | 16:01
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə "Rayonun ictimai-mədəni həyatında qadınların yeri və rolu" adlı mədəni-kütləvi tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov başda olmaqla rayon rəhbərliyi iştirak etmişdir. 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbirə dəvət olunan Siyəzənin qəhrəman şəhidlərinin ailə üzvləri və rayonun ictimai-mədəni həyatında fəal iştirak edən qadınlar üçün təşkil olunan bayram tədbiri maraqlı təbriklər və ifalarla yadda qalmışdır.
Sonda rayonun ictimai-mədəni həyatında fəal iştirak edən qadınlar Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuş, tədbirin bütün xanım iştirakçılarına qiymətli hədiyyələr təqdim olunmuşdur.
Keçidlər