Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq qadınlar günü münasibəti ilə 6 mart 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin akt zalında tədbir təşkil olunmuşdur

06 mart 2026 | 17:55
8 Mart - Beynəlxalq qadınlar günü münasibəti ilə 6 mart 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin akt zalında tədbir təşkil olunmuşdur. Rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fərqlənən və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailə üzvlərindən ibarət xanımların dəvət olunduğu tədbirə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun təbrik nitqi ilə başlanıldı.
Daha sonra Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ruhiyyə Hacıyeva, YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev və Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri Elşad Sultanov çıxış etdilər.
Çıxış edənlər qadınların həyatın müxtəlif sahələrində göstərdiyi mübarizlik və əzmkarlıqla cəmiyyətimizin inkişafına əvəzsiz töhfələr verdiyindən bəhs etdilər.
Tədbirdə iştirak edən bütün qadınlara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Sonda Siyəzən rayonunun ictimai həyatında fəal iştirak etdiklərinə görə bir sıra xanımlar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanlarla təltif edilmişlər.
Keçidlər