20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilmişdir.
20 yanvar 2014-cü il tarixdə Siyəzən rayonunda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirin keçirildiyi Siyəzən şəhərindəki Şəhidlər xiyabanına axın edən rayon sakinləri şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə rayon rəhbərliyi adından əklil qoyulmuşdur. Tədbirdə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov həmin qanlı tarixdə baş verənlərin ölkəmizin azadlıq tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmiş, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin heç bir zaman unudulmayacağını bildirmişdir. Tədbirin sonunda xiyabandakı şəhid məzarları ziyarət edilərək önlərinə tər qərənfillər düzülmüşdür.