“Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır”mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir
Siyəzən Rayon Gənclər və İdman idarəsi, Yeni Azərbaycan Partiyası Siyəzən rayon Təşkilatı və Rayon Təhsil şöbəsi ilə birgə 10 dekabr 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 noyabr 2013-cü il tarixdə elan olunmuş “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünün qeyd olunması, yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə keçirilən müsabiqədə rayonun 9 tam orta məktəbindən 54 şagird iştirak etmişdir. Tədbirdə Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov çıxış edərək Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğıdan danışdılar. Daha sonra I və II yerləri tutmuş şagirdlərin inşa-yazıları oxunmuşdur.Müsabiqənin yekun nəticəsinə əsasən I və II yerlərə şəhər 1 saylı tam orta məktəbin şagirdləri Hüseynova Ülviyyə və Cabbarova Aytən, III yerə şəhər 3 saylı tam orta məktəbin şagirdi Niftəliyeva Dünya və şəhər 1 saylı tam orta məktəbin şagirdi Mursaquliyeva Aytən, həvəsləndirici yerlərə isə Məmmədov Sübhan, Mehdiyeva Aytac, Adıgözəlova Münəvvər, Nəcəfova Gülbəyaz, Mustafayeva Nərmin, İbrahimova Elnarə, Xəlfəyeva Ağapəri, Qasımova Nəzrin və Qasımova Nigar layiq görüldülər. Sonda “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda inşa-yazı müsabiqəsində yer tutmuş şagirdlər Rayon Gənclər və İdman idarəsi və YAP Siyəzən rayon Təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif edildilər.