Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçilər Günü qeyd edilmişdir

18 sentyabr 2013 | 15:00

17 sentyabr 2013-cü il tarixdə Siyəzən şəhərindəki Bayraq Meydanında 20 sentyabr – Neftçilər Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Əvvəlcə rayon neftçilərinə Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun bayram təbriki çatdırılmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Sosial inkişaf şöbəsinin rəisi Ağasəməd Səlimov çıxış edərək ölkəmizin əsası Ümummilli lider  Heydər Əlieyv tərəfindən qoyulmuş neft strategiaysı, əldə olunmuş nailiyyətlər barədə danişdı. Bildirildi ki, bütün sahələrdə olduğu kimi  “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş neft strategiyası da bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Siyəzən neftçilərinə təbrikini çatdıran natiq, “Siyəzəneft” NQÇİ-nin istismar avadanlıqlarının kirayə və təmiri sexinin işçisi Baxış Mahmudova şirkətin Fəxri Fərmanını təqdim etdi.

“Siyəzəneft” NQÇİ-nin rəisi Zülfüqar Səlimov çıxış edərək idarənin tarixi, son dövrlərdə fəaliyyəti barədə məlumat vermişdir.

Bundan sonra tədbir Azərbaycanın tanınmış müğənnisi Könül Kərimovanın konserti ilə davam etmişdir. Tamaşaçılar onun ifasını zövqlə dinləmiş və hər bir çıxışını alqışlarla qarşılamışlar.

Keçidlər