Dağ Quşçu kəndində yeni məktəb binasının açılışı olmuşdur
Bu gün rayonun Dağ Quşçu kəndində yeni məktəb binasının açılışı olmuşdur. Məktəbin açılş mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Tahir Süleymanov iştirak etmişlər.
Yeni inşa olunmuş müasir standartlara cavab verən, 80 şagird yerlik məktəb binasında idman zalı, kitabxana, kompyuter otağı istifadəyə verilmişdir. Məktəb bütün lazımi avadanlıqlar və tədris vəsaitləri ilə təmin olunmuşdur.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov iştirakçıları yeni tədris ili və yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik etmiş, müəllim və şagirdlərə tədrisdə uğurlar arzulamışdır.
Kənd sakinləri və müəllimlər böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Məktəbin açılışını bildirən lent kəsilmiş, qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.