Şriftin ölçüsü :

Saytın rəngi :

Sədan kəndində yeni məktəb binasının açılışı olmuşdur

17 sentyabr 2013 | 15:00

Bu gün keçirilən “İlk zəng” günü Sədan kənd sakinləri, tam orta məktəbin pedoqoji kollektivi və şagirdləri üçün ikiqat bayram olmuşdur. Onlar bu tədris ilini yeni məktəb  binasında qarşılamışlar.  Məktəbin açılş mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Tahir Süleymanov iştirak etmişlər.

Məlumat verilmişdir ki, yeni inşa olunmuş müasir standartlara cavab verən, 2 mərtəbəli, 180 şagird yerlik məktəb binasında idman  zalı, kitabxana, kompyuter otağı istifadəyə verilmişdir. Məktəb bütün  lazımi avadanlıqlar və tədris vəsaitləri ilə təmin olunmuşdur.

Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov kənd sakinlərini yeni məktəbin istifadəyə verilməsi münasibətilə təbrik etmiş, müəllim və şagirdlərə tədrisdə uğurlar arzulamışdır.

Milli Məclisin deputatı  Tahir Süleymanov dövlətimizin təhsilə qayğısı, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə böyük diqqəti barədə danışmış, şagirdlərə təhsildə uğur əldə etməyi, ölkəmizin gələcəyi naminə savadlı vətəndaşlar kimi yetişməyi tövsiyə etmişdir.

Tədbirdə çıxış edən kənd sakinləri və  müəllimlər  böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Məktəbin açılışını bildirən lent kəsilmiş, qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.

Məktəbdə ilk dərs vətənpərvərlik mövzusuna həsr edilmişdir.

Keçidlər