Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Şirin İsmayılovun büstünün açılışı olmuşdur

17 sentyabr 2013 | 15:00

2013-cü ilin ilk tədris günündə şəhid Şirin ismayılov adına Siyəzən şəhərindəki 3 saylı  tam orta məktəbdə onun büstünün açılışı mərasimi keçirilmişdir.  Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov məktəbin müəllim və şagird kollektivinin “İlk zəng” günü münasibətilə təbrik etmişdir. İcra başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşaraq canlarından keçmiş şəhidlərin heç bir zaman unudulmadığını, onların xatirəsinin daim əziz tutulduğunu qeyd etmişdir. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Süleymanov çıxış etmişdir. Büstün örtüyü götürülmüş, önünə  çiçəklər düzülmüşdür.

Şəhidin ailə üzvləri göstərilmiş diqqətə görə dövlətimizə, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Büstün müəllifi siyəzənli heykəltəraş Rəcəb Müslümovdur.

Keçidlər