Təhsil naziri Siyəzəndə vətəndaşları qəbul etmişdir.
24 avqust 2013-cü il tarixində saat 11:00-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.
Vətəndaşları dinləyərək, şikayət və təklifləri ilə tanış olan nazir onların müraciətləri ilə əlaqədar aidiyyatı qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlarını verib.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən işlə təmin olunmaq, diplomların tanınmasında yaranan problemlər, xaricdə təhsil, yeni məktəblərin tikilməsi və təmiri ilə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həllini tapıb, müraciətlərin digər hissəsi isə tədbir görülməsi üçün nəzarətə alınıb.