Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir.

23 iyun 2013 | 15:00

22 iyun 2013-cü il tarixdə Siyəzən şəhər Mədəniyyət evində YAP İcra Katibliyinin partiyanın Siyəzən rayon təşkilatı fəalları ilə görüşü keçirilmişdir.  YAP icra katibi Əli Əhmədov və icra katibinin müavini Mübariz Qurbanlının iştirak etdiyi  tədbirdə qarşıdan gələn Prezident seçkilərinə hazırlıq və partiyanın üzərinə düşən məsələlər müzakirə olunub. Bildirilib ki, Azərbaycan dövlətinin ən ağır və mürəkkəb zamanında dövlətçiliyimizi xilas etmək və dövlət müstəqilliyini qorumaq çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 20 ildən artıq dövr ərzində öz fəaliyyəti ilə xalqın etimadını doğruldub və dövlətimizin ictimai-siyasi həyatında ən mühüm faktorlardan birinə çevrilib. Bu proseslərdə  partiyanın 3188 üzvü olan Siyəzən rayon təşkilatı da səmərəli fəaliyyət göstərib. Qarşıdan gələn seçkilərdə partiya üzvləri ilə yanaşı  Siyəzən rayon ictimaiyyəti də cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcək. 

2013-cü ilin oktyabrında ölkəmizdə Prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olmuşdur. Bütün bunların hamısı isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir. Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan YAP Sədrinin müavini qeyd etdi ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir. 

Tədbirdə çıxış edən təşkilat üzvləri qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutmuş, bununla da xalqın daimi rəğbət və etimadını qazanmışdır.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək siyəzənlilərin daim Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, onun bütün sahələrdə apardığı siyasəti dəstəklədiyini bildirmişdir. Məhz bunun təzahürü olaraq bu il keçiriləcək Prezident seçkilərində də siyəzənlilər yekdilliklə cənab İlham Əliyevə səs verəcəkdir.

Keçidlər