Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilmişdir.

22 iyun 2013 | 15:00

21 iyun 2013-cü il tarixdə  Siyəzən Rayon İcra Hakimiyyətində 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov  dövlət qulluqçularını təbrik etdi. Bundan sonra Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Feyyaz Mursaquliyev bayram münasibətilə geniş məruzə ilə çıxış etdi. Dövlət qulluğnda uzun müddət və səmərəli fəaliyyətinə görə iki nəfər dövlət qulluqçusu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildi.  Sonda təbriklər dinlənildi və  tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olundu.

Keçidlər