Şriftin ölçüsü :

Saytın rəngi :

Qurtuluş Günü qeyd edilmişdir.

15 iyun 2013 | 15:00

14 iyun 2013-cü il tarixdə Siyəzən şəhər Mədəniyyət evində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov bu günün  Azərbaycan xalqı üçün əlamətdar bir gün olduğunu, məhz həmin tarixdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin məhv olmaq təhlükəsindən  qurtulduğunu qeyd etdi. Daha sonra başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Etibar Heydərov geniş məruzə ilə ilə çıxış etdi. Tədbirin sonunda Əməkdar artist Süleyman Zeynalov, respublikanın digər taninmış incəsənət ustaları, həmçinin siyəzənli ifaçıların iştirakı ilə konsert proqramı təqdim olundu.

Keçidlər