Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Günü qeyd edilmişdir

28 may 2013 | 15:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətində Azərbaycan Demokratik Respublikasının yarandılmasının 95-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov iştirakçıları bayram təbrik etdi. Qeyd edildi ki, bu tarixi gün Azərbaycan xalqının həyatına  əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik  dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cumhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini  bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cumhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Xalqımız öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Xalq Cumhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətindən fərqli olaraq mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı  və möhkəmləndirməyi bacardı. Dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər gördü. Ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası inkişaf edir, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir.

Bundan sonra başçının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Etibar Heydərov “azərbaycan Xalq Cumhuriyyəti – Şərqdə ilk parlamentli respublika” mövzusunda geniş məruzə etdi.

Daha sonra Siyəzən şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Pərvin Ağasıyev və 2 sayl tam ora məktəbin tarix müəllimi Ramilə Seyidova Cumhuriyyətin yaradılması və fəaliyyəti barədə çıxış etdilər.

Keçidlər