Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilən futbol üzrə rayon kubokunu “Dinamo” komandası qazandı

11 may 2013 | 15:00

Aprelin 25-dən etibarən  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə keçirilən futbol üzrə rayon kuboku yarışlarına  yekun vurulmuşdur.  Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov  final oyununu izləmək üçün Siyəzən şəhər stadionuna gəlmişdir. 

Rayon Gənclər və  İdarəsi və Yeni Azərbaycan Partiyası  Siyəzən rayon  təşkilatı ilə birgə təşkil olunan yarışda  I yer uğrunda 8 komanda  iki  yarımqrupda  mübarizə aparırdı.  Komandalar arasında ümumilikdə 15 oyun keçirilib.  Rayonda yarışa böyük maraq olmuş,   bütün oyunlar  futbol azarkeşləri tərəfindən maraqla izlənilmişdir. Ulu öndərin doğum günündə  baş tutan final görüşündə  Siyəzən şəhərinin “Dinamo” komandası  “Sədan”  komandası üzərində 3:1 hesabı ilə qələbə qazanaraq  kubokun qalibi oldu.  Sonda  hər iki yeri qazanmış komanda  kubok,  medal  və  fəxri fərmanlarla mükafatlandırıldılar. 

Keçidlər