Ümummilli lider Heydər Əliyevin 90 illik qubileyi qeyd olunmuşdur.
10 may 2013-cü il tarixdə Siyəzən şəhər 6 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətin başçısı cənab Arif Qasımov iştirak etmişdir.
İştirakçılar əvvəlcə məktəbin foyesində Ulu öndərin yubileyinə və gül bayramına həsr olunmuş stendlər, istedadlı şagirdlərin rəsm işləri, binanın üçüncü mərtəbəsində yaradılmış “Heydər Əliyev kabineti” ilə tanış olmuşlar. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, zaman ötdükcə biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində hər bir ölkə vətəndaşı onu bizim ahətəmizdə hiss edir. Çünki ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir. Bu misilsiz şəxsiyyətin xalqımız üçün gördüyü işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyaslarını əhatə etmək olduqca çətindir.
Daha sonrara məktəbin tarix müəllimi Yalçın Abdullayev “Heydər Əliyev və təhsil” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycan tarixində əbədi və ən yüksək yer tutan Ulu öndərimizin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolu olmuşdır.
Şagirdlər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlərlə, ifa etdikləri musiqi , rəqs nömrələri ilə tədbiri daha da maraqlı və yaddaqalan etmişdir.