Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində görülmüş işlər, problemlər və qarşıda duran vəzifələr haqqında tədbir keçirilmişdir

16 aprel 2022 | 16:00

Siyəzən rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində görülmüş işlər, problemlər və qarşıda duran vəzifələr haqqında tədbir keçirilmişdir.
Tədbirdə nümayəndələr və bələdiyyə sədrləri, aidiyyəti idarə müəssisə və təşkilat rəhbərləri və bir qrup fermer iştirak etmişdir. Həmçinin tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev iştirak etmişdir.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Aqşin Ağayev Siyəzən rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Siyəzən rayonunda fermerlərlə görüşdə çıxış edərək bildirmişdir: nazirliyin müvafiq qurumları tərəfindən taxıl sahələrində monitorinq davam edir. Monitorinqin nəticələri əksər sahələrdə aqrotexniki qulluq tədbirlərinin vaxtında həyata keçirildiyini göstərir, bu isə öz növbəsində mövsümün sonu sahələrdən bol məhsul götürüləcəyini söyləməyə əsas verir.
Nazirlik tərəfindən taxılçı fermerlər arasında maarifləndirmə işləri ilboyu davam etdirilir. Məlumatlandırma sessiyaları zamanı düzgün toxum seçimi, aqrotexniki qulluq qaydaları, gübrə normativləri və s. barədə fermerlərə geniş məlumat verilir, eyni zamanda dövlətin tətbiq etdiyi yeni aqrar subsidiya mexanizminin mahiyyəti izah olunur. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu il arpa və buğdaya subsidiyalar eyni əmsalla, hər hektara 210 manat olmaqla verilir. Əkinlərin vaxtında bəyan edilməsi subsidiyaları ilin əvvəlində köçürmək imkanı yaradıb və taxılçı fermerlər vəsaitləri təsərrüfat xərcləri üçün istifadə ediblər. Statistik məlumatlara əsasən, subsidiya vəsaitlərinin böyük hissəsi gübrə almaq üçün sərf olunur. Ölkədə gübrə bazarı liberallaşdırılıb, fermerlərin gübrə təminatı ilə 100-dən artıq hüquqi və fiziki şəxs məşğul olur. Bu mexanizm fermerə seçim imkanı yaradır. Fermerlər dövlətin dəstək mexanizmlərindən yararlanmaq üçün əkinlərini vaxtında bəyan etməli, aqrar sığorta müqavilələrini vaxtında bağlamalı və torpaqlardan aqrokimyəvi analiz verməlidirlər.
Müzakirələr zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

 

 

 

 

 

 

 

Keçidlər