Şriftin ölçüsü :

Saytın rəngi :

Qaliblər mükafatlandırılmışdır

11 may 2013 | 15:00

10 may  2013-cü il tarixdə şəhər Mədəniyyət evində  Siyəzən Rayon  Gənclər və  İdman İdarəsi  və Yeni Azərbaycan Partiyası  Siyəzən rayon təşkilatı  tərəfindən rayonun  tam orta məktəb şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırlaması mərasimi keçirmişdir.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə  keçirilən inşa yazı müsabiqəsində rayonun 12 tam orta məktəbindən 62 şagird iştirak etmişdir. Tədbirdə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov və Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov çıxış edərək Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğıdan danışdılar.  Daha sonra  I və II yerləri tutmuş şagirdlərin inşa yazıları oxunmuşdur.

Aprelin 25-də elan olunan müsabiqənin yekun nəticəsinə əsasən I yerə şəhər 1 saylı tam orta məktəbin şagirdi Cabbarova Aytən, II yerə şəhər 6 saylı tam orta məktəbin şagirdi Bayramova Əfşan, III yerə şəhər 1 saylı tam orta məktəbin şagirdi Mursaquliyeva Rəsmiyyə, şəhər 2 saylı tam orta məktəbin şagirdi Məmmədov Sübhan, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Əsgərova Gülər, həvəsləndirici yerlərə isə şəhər 2 saylı tam orta məktəbin şagirdi Bayramova Fidan,  şəhər 4 saylı tam orta məktəbin şagirdi İsmayılzadə Nərmin, Gilgilçay qəsəbə tam orta məktəbin şagirdi Mirzəyeva Türkan, şəhər 6 saylı tam orta məktəbin şagirdi Rzayeva Xədicə  və şəhər 3 saylı tam orta məktəbin şagirdi Mustafayeva Nərmin layiq görüldülər.

Tədbrin sonunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa yazı müsabiqəsində yer tutmuş şagirdlər Gənclər və İdman İdarəsi və YAP Siyəzən rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif edildilər.

Keçidlər