Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir

31 mart 2022 | 16:00

 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edərək abidə önünə tər çiçəklər düzmüşlər.
     Daha sonra Siyəzən Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayonun bir sıra ziyalılarının iştirakı ilə dəyirmi masa ətrafında tədbir keçirilmişdir.
     Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, bu tarixin dünya ictimaiyyətinə erməni vəhşiliyi adı altında çatdırılmasının əhəmiyyətindən danışdı.
     Daha sonra Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının sədri Samir Baxşıyev "31 Mart Soyqırımı insanlığa qarşı ən böyük cinayətlərdən biridir" adlı məruzə ilə çıxış etdi. Siyəzən şəhərinin ümumtəhsil müəssisələrinin tarix fənnindən tədrisi ilə məşğul olan müəllimlər də mövzu ilə əlaqədar geniş çıxışlar edərək 1918-ci ilin 31 mart tarixinə təsadüf edən bu qanlı faciənin detallarını tədbir iştirakçıları ilə bir daha bölüşdülər. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov yekun sözlə çıxış edərək ictimaiyyətə, o cümlədən məktəblilərə bu tarixin dolğun formada öyrədilməsinin olduğca əhəmiyyətli olmasından bəhs etmişdir.

 

 

 

 

                                               

Keçidlər