Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və təbii sərvətlər naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib

11 mart 2022 | 16:00

Bu gün Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Siyəzən və Xızı rayon sakinlərini qəbul etmişdir. Qəbuldan əvvəl Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqşin Ağayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlardan 34 nəfər vətəndaş iştirak etmişdir.

Ekologiya və təbii sərvətlər naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

 

 

 

 

Keçidlər