Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni məktəb binası istifadəyə verilmişdir.

08 may 2013 | 15:00

Bu gün Siyəzən şəhərində daha bir məktəb binasının açılışı mərasimi keçirilmişdir. Belə ki, tikintisi başa çatan Şirin İsmayılov adına Siyəzən şəhər 3 saylı tam orta məktəbin binası müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Açılış mərasimində iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov dövlətimizin təhsilə diqqət və qayğısından danışmış, pedaqoji kollektivi və şagirdləri təbrik edərək onlara müvəffəqiyyətlər arzu etmişdir. İcra Hakimiyyətinin başçısı rayonumuzda yeni məktəb binalarının tikintisinin və əsaslı təmir işlərinin bundan sonra da davam edəcəyini bildirmişdir. Tədbirdə çıxış edənlər yeni binanın Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərafəsində onlara ən böyük hədiyyə olduğunu bildirmiş, böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Binanın açılışını bildirən lent kəsildikdən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar. İki mərtəbəli bina şagirdlərin yüksək səviyyədə təhsil alması üçün lazım olan bütün inventar və avadanlıqlarla təmin olunmuş, müasir istilik sistemi qurulmuş, geniş idman zalı inşa olunmuşdur.

Keçidlər