Səyyar ASAN xidmət 01.03.2022-ci il tarixdən etibarən rayonumuzda fəaliyyətə başlayır
Səyyar ASAN xidmət 01.03.2022-ci il tarixdən etibarən rayonumuzda fəaliyyətə başlayır. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında təşkil olunmuş xidmət 18.03.2022-ci il tarixədək davam edəcəkdir. Xidmət həftə içi 5 gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Bu müddət ərzində vətəndaşlara göstərilən xidmətlərə aşağıdakılar daxildir:
• Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi və verilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Qeydiyyat şöbəsinin xidmətləri;
• Daşınmaz əmlakın Dövlət reyestri Notariat xidmətləri;
• Əmək pensiyalarının təyin edilməsi;
• Tibb xidməti ( qan qrupu, göz rəngi və boy ölçüsü ilə bağlı);
• Poçt xidməti ( rüsum ödənişləri ilə bağlı);
• Tərcümə xidməti