Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr - Konstitusiya Günü ilə əlaqədar Siyəzən Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun iştirakı ilə dəyirmi masa ətrafında konfrans keçirilmişdir

12 noyabr 2021 | 16:00

12 noyabr - Konstitusiya Günü ilə əlaqədar Siyəzən Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun iştirakı ilə dəyirmi masa ətrafında konfrans keçirilmişdir. Tədbiri çıxış nitqi ilə açan Novruz Novruzov bildirib ki, xalqın hakimiyyətə dəvət etdiyi Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Konstitusiyası ölkəmizdə dövlətin təməl prinsiplərini, siyasi-hüquqi və iqtisadi əsaslarını, ədalət mühakiməsini, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanunlar toplusudur. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən olmaqla, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Daha sonra çıxış edənlər Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova, Gilgilçay qəsəbə tam orta məktəbin direktoru Samir Baxşıyev və Siyəzən şəhər 2 saylı tam orta məktəbin Tarix müəllimi Vasif Əliyev də öz növbəsində 12 noyabr-Konstitusiya Gününün tarixi əhəmiyyətindən bəhs ediblər.

 

 

 

                                          

Keçidlər