Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr "Zəfər Günü" ilə əlaqədar Siyəzən rayonunda ümumrayon tədbiri keçirilmişdir

08 noyabr 2021 | 16:00

8 noyabr "Zəfər Günü" ilə əlaqədar Siyəzən rayonunda ümumrayon tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüşdür. Daha sonra rayon ictimaiyyəti ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edən Novruz Novruzov kompleksin və şəhidlərin baralyeflərinin üzərinə çiçəklər düzmüşdür. Bundan sonra yeni tikilmiş Qlobus abidəsinin açılış mərasimi üçün xiyabandan abidəyə qədər yürüş təşkil olunmuşdur. Qlobus abidəsinin rəsmi açılışını edən Rayon İcra Hakimiyyəti başçısı rəmzi lenti kəsmişdir. Bütün rayon ictimaiyyəti yeni abidəni rəğbətlə qarşılamış, daha sonra Zəfər Günü ilə əlaqədar rayonun müxtəlif yerlərində kütləvi ağacəkmə tədbirləri davam etmişdir.

 

 

 

 

 

 

Keçidlər