Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən Qaz istismar sahəsinin inzibati binasının açılışı olmuşdur.

08 may 2013 | 15:00

Bu gün şəhərimizdə Siyəzən Qaz istismar sahəsinin yeni inşa edilmiş binasının açılışı olmuşdur. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru cənab  Əkbər Hacıyev iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan İsra Hakimiyyətinin başçısı cənab Arif Qasımov sahənin işçilərini yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır. Daha sonra "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru cənab  Əkbər Hacıyev də çıxış edərək kollektivi təbrik etmişdir. Binanın istifadəyə verilməsini bildirən lent kəsildikdən sonra qonaqlar burada yaradılmış şəraitlə tanış olmuşlar. İki mərtəbədən ibarət binada işçilər üçün hər bir şərait yaradılmış, otaqlar lazımi inventarlarla təchiz olunmuşlar. Binanın ətrafı abadlaşdırılmışdır.

Keçidlər