Bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Güləliyev Vüsal Azər oğlunun vəfatından bir il ötür
28 oktyabr 2021 | 16:00
Bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Güləliyev Vüsal Azər oğlunun vəfatından bir il ötür. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov RPŞ-nin rəisi Xəqani Məmmədov, rayon prokuroru Ramil Əliyev, SHXÇDX-nin Siyəzən bölməsinin rəisi Fizuli Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Siyəzən bələdiyyəsinin sədri Azər Babayev və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə şəhidin məzarı önünə tər çiçəklər düzərək xatirəsini yad etmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.