Bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Muradov Samir Tahir oğlunun vəfatından bir il ötür
22 oktyabr 2021 | 16:00
Bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Muradov Samir Tahir oğlunun vəfatından bir il ötür. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov RPŞ-nin rəisi Xəqani Məmmədov, rayon prokuroru Ramil Əliyev, SHXÇDX-nin Siyəzən bölməsinin rəisi Fizuli Əliyev, Siyəzən bələdiyyəsinin sədri Azər Babayev və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə şəhidin məzarı önünə tər çiçəklər düzərək xatirəsini yad etmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.