Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının təbriki

05 oktyabr 2022 | 10:30
Övladlarımızın layiqli vətəndaş kimi yetişməsinin mühüm təminatçısı olan əziz müəllimlər, Sizi peşə bayramınız münasibəti ilə təbrik edirəm.
Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur.
Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsi, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürüdür.
Əziz müəllimlər, rayonumuzda təkcə təhsilin deyil, ictimai həyatımızın bütün sahələrində Sizin nəzərə çarpacaq, layiqli əməyiniz var.
Bayramınız mübarək olsun.
 
 
Novruz Novruzov
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı
Keçidlər