Şriftin ölçüsü :

Saytın rəngi :

“5 oktyabr – Beynəlxalq Müəllimlər günü” münasibəti ilə təbrik

05 oktyabr 2024 | 09:00
Əziz və hörmətli müəllimlər, “5 oktyabr – Beynəlxalq Müəllimlər günü” münasibəti ilə Sizləri təbrik edirəm.
Rayonumuzun müəllimləri ziyalı adını daim yüksək tutmuş, xalqımızın mədəni və mənəvi səviyyəsinin yüksəldilməsində, savadlı, vətənpərvər gənc nəslin formalaşdırılmasında mühüm rol oynamışlar.
Təsadüfi deyil ki, rayonumuz öz təhsil ənənəsi ilə həmişə seçilmiş, ölkəmizə çoxlu sayda savadlı kadrlar, nümünəvi vətəndaşlar bəxş etmişlər. Müəllimlərimiz Azərbaycan müəlliminin şərəfli adını daim uca tutur və müstəqil vətənimizin yeni nəslinin yetişdirilməsində səylə çalışırlar.
Bir daha rayonumuzda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllim kollektivini 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Peşə bayramınız mübarək!
Novruz Novruzov
Keçidlər