44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Qafarov Elnur Mirzəxan oğlunun vəfatından bir il ötür
16 oktyabr 2021 | 16:00
44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Qafarov Elnur Mirzəxan oğlunun vəfatından bir il ötür. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov RPŞ-nin rəisi Xəqani Məmmədov, SHXÇDX-nin Siyəzən bölməsinin rəisi Fizuli Əliyev, Siyəzən bələdiyyəsinin sədri Azər Babayev və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanında şəhidin xatirəsinə qoyulmuş baralyefi, daha sonra isə şəhər qəbiristanlığındakı məzarı önünə tər çiçəklər düzərək xatirəsini yad etmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.