44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Məhərrəmov Elməddin Şahlar oğlunun vəfatından bir il ötür
14 oktyabr 2021 | 16:00
44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Məhərrəmov Elməddin Şahlar oğlunun vəfatından bir il ötür. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov SHXÇDX-nin Siyəzən bölməsinin rəisi Fizuli Əliyev, Siyəzən bələdiyyəsinin sədri Azər Babayev və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanında şəhidin xatirəsinə qoyulmuş baralyefi önünə tər çiçəklər düzərək xatirəsini yad etmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.