44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Məmmədov Sadiq Mübariz oğlunun vəfatından bir il ötür
04 oktyabr 2021 | 16:00
44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Məmmədov Sadiq Mübariz oğlunun vəfatından bir il ötür. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayon prokuroru Ramil Əliyev, RPŞ-nin rəisi Xəqani Məmmədov və SHXÇDX-nin Siyəzən bölməsinin rəisi Fizuli Əliyev şəhidin məzarını ziyarət etmiş, məzarı üstünə tər çiçəklər düzmüşlər.