Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Muradov Samir Tahir oğlunun yaşadığı evin önündəki xatirə bulağının açılış mərasimi keçirilmişdir.

02 oktyabr 2021 | 16:00

44 günlük Vətən müharibəsində şəhid olmuş övladlarımızdan Muradov Samir Tahir oğlunun yaşadığı evin önündəki xatirə bulağının açılış mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov başda olmaqla rayon rəhbərliyi, millət vəkili Sadiq Qurbanov və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirdi ki, ötən il sentyabr ayının 27-dən etibarən minlərlə Azərbaycan gənci, o cümlədən Samir kimi mərd Siyəzən oğulları da Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin çağırışına qoşularaq 44 günlük müqəddəs Vətən müharibəsində iştirak etmək üçün səfərbər oldular. Məhz cənab Prezidentin qətiyyəti və iradəsi, Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində dövlətimiz ərazi bütövlüyünü bərpa etdi. Bu Vətən müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Şəhidlər bizim and yerimiz olduğu üçün onların adının uca tutulması, xatirələrinin əbədiləşdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
     Millət vəkili Sadiq Qurbanov da çıxışında Vətən uğrunda canlarını fəda edərək əsl qəhrəmanlıq göstərən şəhidlərimizin qanı ilə Azərbaycanın hərb tarixinin şanlı səhifəsinin yazıldığını qeyd etdi.
Xatirə bulağının açılış mərasimində məktəblilərin ifasında şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.

 

 

 

 

                                         

Keçidlər