"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilmişdir.
"27 sentyabr - Anım Günü" ilə əlaqədar Siyəzən rayonunda bir sıra tədbirlər keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov millət vəkili Sadiq Qurbanov və rayon rəhbərliyi ictimaiyyət nümayəndələri ilə birlikdə Siyəzən şəhər parkında 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə çəkilən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Daha sonra Şəhidlər xiyabanında əbədi yanan məşəl önünə əklil qoyan Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək 27 sentyabr - Anım gününün xalqımızın talehində əbədi dönüş yaratdığından, Ulu Öndər Heydər Əliyevin miras qoyduğu siyasətin layiqli davamçısı olan möhtərəm prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə zəfərə aparan yolun ilk addımı olduğundan danışdı. Müharibədə vətən uğrunda şəhid olan Siyəzən oğullarının valideynlərinə bir daha başsağlığı verdi, yaralılara Allahdan şəfa dilədi. Millət vəkili Sadiq Qurbanov və ictimaiyyət nümayəndələri də 27 sentyabr tarixinin bundan sonra Azərbaycan xalqının yaddaşında əbədi qalacağı vurğuladılar.
Çıxışlardan sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidlər xiyabanında 44 günlük vətən müharibəsinin şəhidlərinin xatirəsinə yaradılmış yeni guşə ilə tanış oldular.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Siyəzən şəhər parkında şəhidlərin xatirəsinə tikilən Bulaq kompleksinin açılışını etdi.