SƏYYAR QƏBUL KEÇİRİLMİŞDİR
26 aprel 2013-cü il tarixdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Eynibulaq kəndində növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Arif Novruzov iştirak etmişdir. Görüş iştirakçılarına ötən səyyar qəbuldan sonra Eynibulaq kəndində görülmüş işlər barədə məlumat verən cənab Arif Qasımov bu görüşlərin ölkə başçısı cənab İlham Əlyevin tapşırığı ilə mütəmadi keçirildiyi və onların əhamiyyəti barədə danışmışdır. Bundan sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri öz müraciətlərində kənddə fəaliyyət göstərən icra nümayəndəliyi, bələdiyyə, tibb məntəqəsi üçün yeni binaların tikilməsi, əkinçilik mövsümündə kənd təsərrüfatı texnikası ilə təminat, kəndə suvarma suyunun çəkilməsi və s. məsələ barədə təklif və xahişlərini çatdırmışlar. Kənd ağsaqqalı Seyidağa Mirzəyev çıxış edərək asfalt yolun çəkilməsi, içməli su probleminin həlli və kəndin digər sosial məsələlərinin həllinə görə İcra Hakimiyyətinin başçısına sakinlər adından təşəkkür etmişdir.
Görüşün sonunda Prezident Administrasiyasının məsul işçisi cənab Arif Novruzov çxış edərək belə səyyar görüşlərin bundan sonra da keçirilməsinin məqbul olduğunu bildirmiş, vətəndaşlarımızın həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar bərədə barədə danişmışdır. Qeyd olunmuşdur ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşlarının bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir.