22 iyul 2021-ci il tarixdə online müşavirə keçirilmişdir
22 iyul 2021-ci il tarixdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar video-konfrans keçirib. Geniş tərkibdə keçirilən video-konfransda rayon İcra Hakimiyyəti başçısı aparatının yerli inzibati ərazi nümayəndələri iştirak edib.
Müşavirədə Novruz Novruzov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib, həyata keçirilən tədbirlərin fonunda Siyəzən rayonunda bu sahədə görülmüş işləri geniş təhlil edib.
Tədbirdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.