Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü qeyd olundu

10 may 2021 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü qeyd olundu.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Siyəzən Rayon Polis Şöbəsinin rəisi Valik Vəlimətov, Siyəzən Rayon Prokuroru Ramil Əliyev, Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərov və Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə karantin rejiminin tələblərinə əməl olunmağla Ulu Öndərin Siyəzən şəhərinin mərkəzində yerləşən abidəsi önünə tər çiçəklər düzüldü. Daha sonra başda Novruz Novruzov olmaqla rayonun rəhbər şəxsləri Siyəzən Heydər Əliyev Mərkəzinə baş çəkdi. Mərkəzdəki eksponatlarla tanış olduqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov mərkəzdəki xatirə kitabına öz ürək sözlərini yazdı.
Rayon Rəhbərliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibəti ilə Respublikanın 76 şəhər və rayonunda, o cümlədən Siyəzən rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak etdilər.
Karantin qaydalarına əməl olunmaqla rayonun idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumilikdə 800 ağac əkilmişdir.

  

  

  

  

Keçidlər