Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayonunda Ağsaqqallar Şurasının iclası keçirilib

26 aprel 2021 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov  ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Tahir Süleymanov yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından söz açıb. Bu qayğının təzahürüdür ki, bu gün Siyəzən rayonunda ağsaqqallarla gənclərin işbirliyi vəhdət təşkil edir. Sonra təşkilati məsələlər müzakirə olunub.
Siyəzən Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Qəzənfər Nəcəfov  Siyəzən Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.
Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov  və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Tahir Süleymanov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Rayon Ağsaqqallar Şurasının sədri Qəzənfər Nəcəfov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Keçidlər