Şriftin ölçüsü :

Saytın rəngi :

15 aprel 2021-ci il tarixdə tam orta təhsil səviyyəsi üzrə 11-ci siniflərin buraxılış imtahanları keçiriləcək

14 aprel 2021 | 16:00

15 aprel 2021-ci il tarixdə tam orta təhsil səviyyəsi üzrə 11-ci siniflərin buraxılış imtahanları keçiriləcək.

Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova və Rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev və digər əməkdaşlar imtahanın keçiriləcəyi Siyəzən şəhər 1 və 3 saylı tam orta məktəbdə yaradılmış şəraitlə tanış olmuş və məktəb rəhbərliyinə müvafiq göstərişlər vermişlər.

Pandemiya şəraitinə uyğun olaraq məktəblərdə ümumi dezinfeksiya işləri aparılmış, məktəblər imtahana daxil olacaq şagirdlərin temperaturunu müəyyən etmək üçün uzaqdan temperatur ölçən cihazlarla (Teplovizor) təmin edilmişdir.

 

  

  

  

  

  

Keçidlər